M.Ə.Sabir adına şəhər 1 saylı tam orta məktəbində- məktəbin 100 illik yubileyinə həsr olunmuş “Bir əsrin uğurları”adlı möhtəşəm tədbir keçirilib.
Tədbirdə Astara RİH başçısı müavini,Humanitar məsələlər üzrə şöbə müdiri Yasəmən Rəsulova, RTŞ-nin müdiri Q.Məmmədova, “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə, Astara bələdiyyəsinin sədri Aygül Abdullayeva, məktəbin pedaqoji kollektivi ,ümumi təhsil müəssisələrinin direktorları, müəllimlər, valideynlər, şagirdlər və bir zamanlar bu məktəbin məzunları olmuş bir qrup ziyalı qonaqlar iştirak ediblər.
Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsindən sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xədicə xanım qeyd edib ki, tədbirimizin əsas məqsədi bir əsri geridə qoyan məktəbin uğurlarından söhbət açmaq, nümunəvi və ziyalı məzunlar ilə görüşmək, onların zirvəyə ucalmağında məktəbin və müəllimlərin xüsusi yeri olduğunu gənc nəslə örnək göstərmək olduğunu vurğulayıb.
Astara RİH-nin başçısı müavini,Humanitar məsələlər üzrə şöbə müdiri Yasəmən Rəsulova çıxış edərək məktəbin pedaqoji kollektivini və xüsusilə də az vaxta özünü işgüzar və bacaraqlı direktor kimi tanıda bilmiş Xədicə Əliyevanı bu böyük gün münasibəti ilə təbrik edib və Astara RİH-başçısı cənab Qəzənfər Ağayevin 100 illik yubiley münasibətilə təbrik məktubunu pedaqoji kollektivə çatdırıb.
Daha sonra çıxış edən Astara RTŞ-nin müdiri Q.Məmmədova məktəb kollektivini 100 illik yubiley münasibəti ilə təbrik edib, onlara işlərində müvəffəqətiyətlər arzulayıb.Q.Məmmədova Cümhuriyyyətimiz ilə eyni yaşda olan təhsil müəssisəsinin kifayyət qədər zəngin inkişaf yolu keçdiyini bildirib. O, qeyd edib ki,rayonun təhsil həyatında özünəməxsus ənənələri ilə fərqlənən məktəbin tədris nailiyyətləri son illərdə xüsusilə yaxşılaşıb, məzunların ali məktəblərə qəbul göstəriciləri xeyli yüksəlib. Bütün bunlar onu deməyə əsas verir ki,100 yaşlı tədris ocağı öz həyatının ikinci yüzilliyinə ciddi uğurlarla qədəm qoyur.
Məktəbin nümunəvi və ziyalı məzunları Ağazeynal Qurbanov – rayon üzrə ilk coğrafiya elmləri doktoru, Kamran Nəzirli – yazıçı, publisist, tərcüməçi, Azərbaycan və Belarus yazıçılar birliyinin üzvü, Azərbaycan Jurnalistlər İttifaqının H.Bəy Zərdabi mükafatı laureatı, Azərb. Mədəniyyət və Turizm nazirliyinin “ Qızıl Kəlmə “ mükafatçısı, Rəsul Rza mükafatı laureatı, filologiya üzrə fəlsəfə doktoru,Ələskər Əliyev – uzun müddət dövlət qulluğunda çalışmış, I dərəcəli dövlət qulluqçusu, dövlət qulluğunda fərqlənməyə görə medalı ilə təltif olunmuş  ,Həliməxatun Qurbanova – 1988 – ci ildən 2016 cı ilə qədər məktəbin direktoru işləmiş, Cavid Abbasov – Uzun illərdən bəri Astara Maliyyə şöbəsinin müdiri,Qurbanova Laləzar – uzun illər təhsil işçilərinin Həmkarlar İttifaqının rayon komitəsinin sədri vəzifəsində çalışmış,Orxan Əliyev – qazi , aprel döyüşlərinin iştirakçısı,Ərçə Əliyev – Rayon Gənclər İdman İdarəsinin rəisi,Hamlet Əliyev – məktəbin ilk məzunlarından, rayon Nəzarət Komitəsinin sədri, rayon partiya komitəsinin 2 ci katibi, hazırda isə rayon Ağsaqqallar Şurasının sədri vəzifəsində çalışır,Ruhid Əliyev – məktəbin gənc məzunu, dövlət qulluqçusu, Astara RİH – də şöbə müdiri,Quliyev Firudin – rəssam,Dilarə xanım Azəri – uzun müddət məktəbin müəllimi olmuş, məktəbin psixoloqu olmuş, şairə xanım onları bu gözəl tədbirdə bir araya gətirdiyi üçün məktəbin direktoru Xədicə xanım Əliyevaya minnətdarlıqlarını bldirərək pedaqoji kollektivi yubiley münasibəti ilə təbrik edib xoş arzularını bildiriblər.
Məktəb illərində xoş xatirələri ilə yaddaşlardan silinməyən dünyasını dəyişən məzunlar da yad edilib.
Tədbirdə şagirdlər vətənpərvərlik ,təhsil və məktəb həyatından bəhs edən müxtəlif şeirlər,mahnılar,ədəbi-bədii kompozisiyalar ilə çıxış ediblər.
Astara RİH-başçısı Qəzənfər Ağayev Cənabları 100 illik yubiley münasibəti ilə və şagirdlərin təlim-tərbiyəsi sahəsində səmərəli fəaliyyətinə görə kollektivin peşəkar müəllimlərinin əməyini “Fəxri fərman”la təltif edib.
Sonda məktəbin tarixindən, uğurlarından bəhs edən videoçarx nümayiş etdirilib və
xatirə fotoşəkilləri çəkilib.
“Astara” qəzet kollektivi adından Astara şəhər 1 saylı məktəbin bütün pedaqoji kollektivini yubiley münasibətilə təbrik edir və yeni-yeni uğurlar arzulayırıq.
“YUBİLEYİNİZ” mübarək !
Astarainfo.az