“TANAP ilk gündəmə gəldiyində bəzi dairələr buna yuxu dedi”.
Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əskişəhərdə TANAP layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, bəziləri layihənin gerçəkləşməyəcəyini düşünürdülər: “Lakin biz Azərbaycanla birlikdə səbr etdik və doğru bildiyimiz yolla hərəkət etdik. İndi bu qürur tablosuna şahidik. Qarşımızda yeni layihələr, yeni uğur hekayələri var. Azərbaycan prezidenti İlham Əliyevə göstərdiyi liderliklə bağlı bir daha təşəkkür edirəm”.(APA)
26 aprel 2024-cü il tarixində rayon icra hakimiyyəti və rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə Astara Rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli...