Astara rayonunda sənayenin əsasını qida məhsullarının istehsalı, kərpic istehsalı, elektrik enerjisi, qaz və buxar istehsalının bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri təşkil edir.
Rayon Statistika İdarəsindən Astarainfo.az-a verilən məlumata əsasən bu il rayonda sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi 4,8 faiz artaraq 12798,6 min manat təşkil edib.
Sənaye məhsulunun 0,1 faizi mədənçıxarma, 17,2 faizi emal, 82,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,2 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emal sektorlarının payına düşür.
Sənayedə qeyri-dövlət sektorunun payı 17,3 faiz olub. Ümumi istehsalın 84,8 faizi sənaye məhsulunun istehsalı, 15,2 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.
Emal sənayesində 2204,8 min manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalında 3,5 dəfə, tikinti materiallarının istehsalında 24,9 dəfə artım olub.
Bu sahələrin əsas məhsullarından çay istehsalı 3,5 dəfə, düyü istehsalı 3,3 dəfə, kərpic istehsalı 24,9 dəfə artıb.
Bu dövrdə qida məhsullarının istehsalında 3,5, tikinti materiallarının istehsalında isə 24,9 dəfə artım olub.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 31 faiz artaraq 27,1 min manat təşkil edib.
Sənayedə işləyənlərin orta aylıq əmək haqqı 282,5 manat təşkil edib.