İstanbul akvatoriyasında dəniz reysləri təxirə salınıb. Reyslərin təxirə salınması barədə Türkiyənın Dəniz nəqliyyatının idarə edilməsi üzrə təşkilatından bildiriblər.
Reyslərin təxirə salınmasına səbəb İstanbul akvatoriyasında güclü külək və bunun nəticəsində hündür dalğaların müşahidə olunması olub.
Bundan başqa, Bursada da dəniz reysləri eyni səbəbdən dayandırılıb.
Sinoptiklər əlverişsiz hava şəraitinin həftənin sonlarına qədər davam edəcəyini proqnozlaşdırıblar.
Bildirilir ki, reyslərdə yaranmış bu fasilə ilə əlaqədar “Marmara” tuneli gücləndirilmiş iş rejiminə keçib.(Trend)
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...