Şüyüd toxumunun orqanizmə faydaları hələ qədim zamanlardan insanlara məlum olub. Dərmanın olmadığı vaxtlarda insanlar bir çox xəstəliklərin müalicəsində məhz şüyüd toxumundan istifadə ediblər. Astarainfo.az Yeniavaz.com saytına istinadən şüyüd toxumunun insana faydalarını təqdim edir.
1. Köpqovucudur.
2. Həzmə xeyirlidir.
3. Ürəyə xeyirlidir.
4. Qan dövranını yaxşılaşdırır.
5. Sakitləşdirici təsir göstərir.
6. Təzyiqi nizamlayır.
7. Yuxusuzluğu aradan qaldırır.
8. Vitaminlərlə zəngindir.
9. Mədəyə faydalıdır.
10. İştahı açır.
11. Beyinə xeyirlidir.
12. İltihabı azaldır.
13. Ödqovucudur.
14. Bronxlara xeyirlidir.
15. Qəbizliyi aradan qaldırır.
16. Qurdqovucudur.
17. Tərkibində kalium, maqnezium, fosfor, kalsium var.
18. Damarlara müsbət təsir edir.
19. Qaraciyərə xeyirlidir.
20. Görməni yaxşılaşdırır.
21. Hipertoniya xəstəliyi olanlara müsbət təsir göstərir.
22. Şüyüd suyu ana südünü artırır.

Hazırlanma qaydası
1 çay qaşığı şüyüd toxumunu 2 stəkan suya töküb 5-10 dəqiqə qaynadın, daha sonra süzün və bir neçə saat üstünü qalın bir dəsmalla büküb dəmləməyə qoyun. İstəkdən asılı olaraq, yeməkdən yarım saat əvvəl gün ərzində 2-3 dəfə qəbul edilə bilər.

Xəbərdarlıq
Şüyüd toxumu suyunu gün ərzində çox içdikdə pis təsir göstərə bilər. Xüsusilə, hamilələrə məsləhət görülmür.