Bakıda müşahidə olunan güclü külək Heydər Əliyev Beynəlxalq Aeroportunun işinə təsir etməyib.
Bu barədə  Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, hazırda təyyarələrin uçuşu qrafikə uyğun həyata keçirilir.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün və sabah ölkə ərazisində xüsusi təhlükəli hidrometeoroloji hadisənin olacağı haqqında xəbərdarlıq edib. Bununla bağlı dövlət qurumları gücləndirilmiş iş rejimində çalışır.(Trend)