Astara Olimpiya İdman Kompleksində rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə bədən   tərbiyəsi  və  idman  haqqında Azərbaycan   Respublikası   Qanununun müvafiq maddələrinin həyata keçirilməsi, rayonda   kütləvi   bədən  tərbiyəsi və idmanın inkişaf etdirilməsi, yeniyetmə və gənclərə sağlam həyat tərzinin aşılanması məqsədi ilə “Gənclərin vətənpərvərlik tərbiyyəsində idmanın rolu” mövzusunda seminnar və məktəbli yeniyetmələr arasında Kross idman üzrə rayon birinciliyi keçirilib.
 Rayon gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev ölkəmizdə idmana göstərilən yüksək diqqət və qayğıdan bəhs edərək iştirakçılara uğurlar arzulayıb.
Rayon təhsil şöbəsinin fiziki tərbiyə üzrə metodisti Nizaməddin Ələkbərov yarışın qaydaları haqqında məlumat verərək yarışa start verilib.
Birinciliydə 2002-2004-cü il təvəllüdlü qızlar 1 km, oğlanlardan 2001-2003-cü il təvəllüdlülər 3 km, 2004-2007-ci il təvəllüdlülər 2 km məsafədə öz güclərini sınayıblar.
Yekunda qızlardan  Xədicə Rzayeva (Pensər 2 saylı tam orta məktəb), Ayturan Dadaşova (Şağlazüzə kənd tam orta məktəb), Xanım Nəzərova ( Təngərüd kənd tam orta məktəb)  müvafiq olaraq I, II və III yerlərə,  oğlanlardan 2004-2007-ci il təvəllüdlü idmançılardan 2 km məsafədə Həsənov Emin (  şəhər 2 saylı tam orta məktəb), Kazımov Dədəkişi (şəhər 1 saylı tam orta məktəb), Rzayev Riad ( şəhər 1 saylı tam orta məktəb), 2001-2003-cü il təvəllüdlü idmançılardan Abışov Vüsal (  şəhər 1 saylı tam orta məktəb), Məmmədli Elmir ( şəhər 3 saylı tam orta məktəb), Məhərrəmov Əli (  şəhər 2 saylı tam orta məktəb), müvafiq olaraq I, II və III yerlərə, layiq görülüblər.
Qaliblər rayon gənclər və idman idarəsinin diplomları ilə mükafatlandırıılıb.
Rufan Şirinov
Astarainfo.az