Astara şəhər 3 saylı tam orta məktəbində rayon gənclər və idman idarəsi, rayon təhsil şöbəsi və SHXÇDX-nin  rayon şöbəsinin birgə təşkilatçılığı ilə hərbi idman oyununun  rayon birinciliyinin zona yarışı keçirilib.
Rayon gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev, rayon təhsil şöbəsinin Fiziki tərbiyə üzrə metodisti Nizaməddin Ələkbərov, rayon təhsil şöbəsinin çağırışa qədər hazırlığı üzrə metodisti Rasim Cəfərov,SHXÇDX  rayon şöbəsinin məsul işçisi, gizir Vasif Həziyev çıxış ediblər.
Yarışda şəhər 2, 3 saylı tam orta məktəblərin komandaları müvafiq olaraq  I və II yerlərə layiq görülərək 29 mart 2019-cu ildə keçiriləcək yarışların final mərhələsində iştirak etmək hüququ qazanıblar. Rayon birinciliyi 5 zona yarışları və final mərhələsindən ibarət keçiriləcək.
“Şahin” hərbi idman oyununun zona mərhələsində 43 tam orta məktəb komandasının iştirakı nəzərdə tutulub.
Rayon birinciliyinin final mərhələsində I yerə layiq görülən komanda aprel ayında keçirilməsi nəzərdə tutulan Respublika zona birinciliyində rayonumuzu təmsil edəcək.
Rufan Şirinov
Astarainfo.az