Türkiyənin Çukorova Universitetinin Subtropik Meyvələrin Araşdırma və Tədqiqat Mərkəzinin rəhbəri, professor Səadəttin Baloğlunun rəhbərliyi ilə qardaş ölkənin mütəxəssisləri Astara rayonunda olublar.
Türkiyəli qonaqlar Astara rayonunda sitrusçuluqla məşğul olan fermerlər və təsərrüfat sahibləri ilə görüşərək təcrübə mübadiləsi aparıblar.
2017-ci ildə türkiyəli mütəxəssislərin tövsiyəsi əsasında Astara rayonunun Səncərədi, Şüvi, Kijəbə, Ərçivan, Siyəkü və Astara şəhərinin Kələdəhnə yaşayış massivində yeni sitrus bağları salınıb. Təkcə 2018-ci ildə rayonda yeni sitrus bağlarının sahəsi 700 hektara yaxın olub. Hazırda isə bu rəqəm 1500 hektara çatdırılıb.Yeni salınmış sitrus bağlarının vəziyyəti ilə tanış olan türkiyəli qonaqlar həyata keçirilməsi vacib olan aqrotexniki tədbirlərlə bağlı astaralı həmkarlarına tövsiyələr veriblər.(Azərtac-Bağır Əliyev)