İranda ötən sutka ərzində 1 075 nəfər yeni koronavirusa (COVID-19) yoluxub.

Bu barәdә Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadәn mәlumat verib.

Nazirliyin mәtbuat xidmәtinin müdiri K.Cahanpurun sözlərinə görə, ümumilikdə İranda bu virusa yoluxanların sayı 10 075 nəfərə çatıb. Ötən sutka ərzində 75 nəfərin virus nəticə öldüyünü deyib.

Nazirlik rəsmisi əlavə edib ki, ümumilikdə İranda yeni koronavirusdan ölənlərin sayı 429 nəfərə çatıb. Ümumilikdə bu günədək 3 276 nəfər sağalıb.

SıraVilayət adıYoluxma halı (nəfər)
1Tehran2 673
2Qum846
3Gilan613
4İsfahan792
5Əlborz458
6Mazandaran997
7Mərkəzi535
8Qəzvin326
9Simnan324
10Gülüstan213
11Rəzəvi Xorasanı285
12Fars199
13Lorestan210
14Şərqi Azərbaycan182
15Xuzistan158
16Yəzd171
17Zəncan116
18Kürdüstan93
19Ərdəbil106
20Kirmanşah79
21Kirman65
22Həmədan96
23Sistan və Bəluçestan50
24Hörmüzqan79
25Cənubi Xorasan78
26Şimali Xorasan45
27Çahar-Mahal və Bəxtiyari49
28İlam69
29Qərbi Azərbaycan119
30Kohgiluyə və Buyir- Əhməd26
31Buşehr21