Fransa prezidenti Emmanuel Makron Ruandada baş verən soyqırımın məsuliyyətinin ölkəsinin üzərinə düşdüyünü bildirib.
Astarainfo.az
 xarici KİV-ə istinadən xəbər verir ki, Makron cinayəti qəbul etməklə yanaşı özlərinin bu işdə iştirakları olmadığını da vurğulayıb.
Qeyd edək ki, Makron 27 ildən sonra Ruandaya səfər edəcək. Makron bildirib ki, onun Ruandaya səfərinin məqsədi iki ölkə arasında münasibətlərin normallaşmasının son mərhələsini tamamlamaqdır.
İki ölkə arasındakı münasibətlərin yaxşılaşdırılması məsələsinə Ruanda prezidenti Paul Kaqame də münasibət bildirib.