“Əsirlərimizin əvəzində oğlumu girov verməyə hazıram”.
Astarainfo.az “TASS”a istinadla xəbər verir ki, bu sözləri Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, məsələ barədə müvafiq addımları artıq atıb:
“Müvafiq strukturlarımıza tapşırıq verdim ki, rəsmi olaraq Azərbaycan tərəfinə əsirlərimizin əvəzində oğlumu girov verməyə hazıram”.
Qeyd edək ki, Paşinyan bu sözləri Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın “Aşot Paşinyanı erməni əsirləri ilə dəyişdir” deməsindən sonra səsləndirib.
Aşot Paşinyan da öz “facebook” səhifəsində bir mübadilə etməyə hazır olduğunu yazıb.