Astarainfo.az xəbər verir ki, Türkiyənin Kahramanmaraş şəhərində Sərbəst güləş üzrəgənclər(U-20) arasında “12 fevral” Beynəlxalq turnirikeçirilmişdir. “12 fevral” adlanan yarışda Türkiyə, Azərbaycan, Fransa və Qırğızıstandan olan sərbəst güləşçilər mübarizə aparıb.

  Yarışda Azərbaycan yığma komandasının tərkibində astaralı idmançı Ramik Heybətov  61 kq çəkidə gümüş medal qazanıb. Ramik Heybətovun şəxsi məşqçisi Astara Olimpiya idman Kompleksinin Sərbəst güləş üzrə məşqçisi Nizami Axundovdur.

   Xatırladaq ki, Milli komandanın məşqçiləri Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında Kahramanmaraşda xalçaya çıxan 14 güləşçidən 10-u fəxri kürsüyə qalxıb. Sabir Cəfərov (70 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Ramik Heybətov (61 kq), Əbülfəz Nəsirov (65 kq), Kənan Heybətov (70 kq), Səbuhi Əmiraslanov (79 kq) və Abdulcəlil Şabanov (92 kq) gümüş, Nurəddin Novruzov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Namus Orucov (74 kq) və Fərid Cabbarov (86 kq) isə bürünc medal əldə edib. Yekunda 1 qızıl, 5 gümüş və 4 bürünc medal əldə edən yığmamız komanda hesabında 2-ci yeri tutub.