Cəfər Cabbarlı adına Kakalos kənd tam orta məktəbin Azərbaycan Respublikası Gənclər və İdman, Təhsil, Müdafiə, Fövqalədə Hallar, Mədəniyyət Nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti,Veteranlar Təşkilatının birgə qərarına əsasən təsdiq etdikləri “Şahin” hərbi idman oyununun Əsasnaməsinə uyğun olaraq Astara rayon Gənclər və İdman İdarəsi, Astara rayon Təhsil Şöbəsi və SHXÇDX-nin Astara rayon şöbəsinin birgə təşkilatçılığı ilə Astara rayonu üzrə hərbi idman oyununun Astara rayon birinciliyinin III zona seçim mərhələsi keçirilmişdir.

      Tədbirlərin açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni səslənmiş və  vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Astara rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov, Cəfər Cabbarlı adına Kakalos tam orta məktəbində direktoru Şölə Əhmədova,Astara Rayon Təhsil Şöbəsinin Fiziki tərbiyə və gənclərin çağırışa qədər hazırlığı üzrə metodisti Rasim Cəfərov,Kakalos kənd tam orta məktəbin fiziki tərbiyə müəllimi Abuzər Xəlilov vəzifəsində çıxış etmişlər.

     Yekunda I yerə Siyaku kənd tam orta məktəbi, II yerə Cəfər Cabbarlı adına Kakalos kənd tam orta məktəbi, III yerə Şiyəkəran kənd 1 saylı tam orta məktəbininkomandaları layiq görülmüşlər.

    İ və II yerləri qazanan komandalar 14 aprel 2022-ci il tarixdə keçiriləcək Astara rayon birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanmışlar.

    Astara rayon birinciliyinin III zona seçim mərhələsində fəxri yerləri qazanan komandalar Astara  Rayon Gənclər və İdman İdarəsinin, Rayon Təhsil Şöbəsinin diplomlarına layiq görülmüşlər.