Ceyhun Babayev adına Astara şəhər 3 saylı tam orta məktəbdə Azərbaycan RespublikasıGənclər və İdman, Təhsil, Müdafiə, Fövqalədə Hallar, Mədəniyyət Nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti,Veteranlar Təşkilatının birgə qərarına əsasən təsdiq etdikləri “Şahin” hərbi idman oyununun Əsasnaməsinə uyğun olaraq Astara rayon Gənclər və İdman İdarəsi, Astara rayon Təhsil Şöbəsi və SHXÇDX-nin Astara rayon şöbəsinin birgə təşkilatçılığı ilə Astara rayonu üzrəhərbi idman oyununun Astara rayon birinciliyinin final mərhələsi keçirilmişdir.

    Tədbirin açılış mərasimlərində Dövlət Himni səslənmiş və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

   Tədbirdə Astara rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov, SHXÇDX-nin Astara rayon şöbəsinin  II bölməsinin  rəisi, mayor Şaiq Almazov, Ceyhun Babayev adına Astara şəhər 3 saylı tam orta məktəbin direktoru Adil Rzayev, Astara rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov ,Astara Rayon Təhsil Şöbəsinin Çağırışa qədər hazırlığı üzrə baş metodisti,baş leytenant Rasim Cəfərov, Astara rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov çıxış etmişlər.

   “Şahin” hərbi idman oyununun rayon birinciliyinin final mərhələsində yüksək nəticələrə nail olmuş 3 məktəb komandası I yer uğrunda mübarizə aparmışlar.

    Yarışlara start verilmiş komandalar “Sıra hazırlığı”,”Fiziki hazırlıq”,”Maneələrin dəf olunması”,”Mülki müdafiə hazırlığı” və “Çadırın qurulması”mərhələlərində mübarizə aparmışlar.

    I yerə Ceyhun Babayev adına Astara şəhər 3 saylı  tam orta məktəb komandaları layiq görülmüş və yarışların final mərhələsində iştirak etmək hüququ qazanmışlar. II yerə Siyəku kənd tam orta məktəb komandası və  III yerə Astara şəhər 5 saylı tam orta məktəb komandası layiq görülmüşdür. Qalib komanda  2022-ci ilin aprel ayında Cəlilabad rayonunda  keçiriləcək respublika zona birinciliyində Astara rayonunu təmsil etmək hüququ qazanmışdır.

     Qeyd edək ki, 5-11 aprel 2022-ci il tarixlərdə keçirilən “Şahin” hərbiidman oyununun Astara rayon birinciliyinin zona seçim mərhələsində 31 tam orta məktəb komandasını təmsil edən 434 nəfər məktəbli iştirak etmişdir.

     I zona üzrə yarış 05 aprel 2022-ci il tarixdə Ceyhun Babayev adına Astara şəhər 3 saylı tam orta məktəbdə keçirilmişdir. I və II yerlərə müvafiq olaraq Astara şəhər 3 və 5 saylı tam orta məktəb komandaları layiq görülmüşdür.

    II  zona üzrə yarış 06 aprel 2022-ci il tarixdə Səməd Vurğun adına Təngərüd kənd tam orta məktəbdə keçirilmişdir. I və II yerlərə müvafiq olaraq Səməd Vurğun adına Təngərüd kənd və Maşxan kənd tam orta məktəb komandaları layiq görülmüşdür.

    III  zona üzrə yarış 08 aprel 2022-ci il tarixdə Cəfər Cabbarlı adına Kakalos kənd tam orta məktəbində keçirilmişdir. I və II yerlərə Cəfər Cabbarlı adına Kakalos kənd  və  Siyaku kənd tam orta məktəb  komandaları layiq görülmüşlər.

    IV zona(dağlıq ərazi) üzrə yarış 9 aprel 2022-ci il tarixdə Sım kənd tam orta məktəbində 3 məktəb komandasının iştirakı ilə keçirilmişdir. I yerə Sipyəpart kənd tam orta məktəb komandası layiq görülmüşdür.

     V zona (dağlıq ərazi) üzrə yarış 11 aprel 2022-ci il tarixdə Asxanakəran  kənd tam orta məktəbində 2 məktəb komandasının iştirakı ilə keçirilmişdir. I yerə Hamoşam kənd tam orta məktəb komandası layiq görülmüşdür.

    Astara rayon birinciliyinin zona və final mərhələsində fəxri yerləri qazanan komandalar Astara  Rayon Gənclər və İdman İdarəsinin, Rayon Təhsil Şöbəsinin diplomlarına layiq görülmüşlər.