Astara Gənclər Evində Astara Rayon Gənclər və İdman İdarəsi və Astara Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “31 may Dünya Tütünsüz günü”nə həsr olunmuş “Mən sağlam həyat tərzini seçirəm” mövzularında maarifləndirici seminar keçirilmişdir. Tədbirdə Astara Pedoqoji Kollecinin tələbələri Astara şəhər 1,2,3,4,5,6,7 saylı tam orta məktəbinin yuxarı sinif şagirdləri və müəllim heyyəti iştirak etmişlər.

Əvvəlcə Astara Gənclər Evinin foyesində siqaret çəkmənin fəsadları və dağıdıcı təsirlər barədə Astara Rayon Dövlət Rəsm Qalareyasında təhsil alan şagirdlərin rəsm əsərlərinin sərgisinə baxış keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov zərərli vərdişlərə qarşı mübarizənin təşkili məqsədilə bu tip tədbirlərin həyata keçirilməsini mühüm olduğunu qeyd etmiş və əlaqadar təşkilatlara minnətdarlığını bildirmişdir. Rufan Şirinov qeyd etmişdir ki, hər kəs gənc nəslin sağlam böyüməsinə, valideynlərinin etimadının doğrudulmasına, Vətənə layiq övlad kimi yetişməsinə çalışmalıdır. Təəsüf ki, siqaret çəkməyə meyl edən gənclərə hələ də rast gəlinir. Ona görə də təhsil müəssisələrində, ayrı-ayrı kollektivlərdə izahat və maarifləndirmə işləri müntəzəm aparılması müntəzəm davam etməlidir.
Daha sonra çıxış edən Astara Rayon Polis Şöbəsinin Şəxsi heyətlə iş üzrə köməkçisi, polis kapitanı Ceyhun Abdulov və Astara Rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov tədbirin məqsədinin sağlam həyat tərzinin təbliği və tərənnüm edilməsi olduğunu qeyd etmiş, keçirilən maarifləndirmə tədbirlərini yüksək qiymətləndirmiş, zərərli vərdişlərin yaratdığı problemləri sadalamış, gəncləri dəyərli tövsiyyələr əməl etməyi, siqaret və digər zərərli vərdişlərə düçar olmuş insanları doğru yola çəkməyə, onlara kömək etməyə çağırmışlar. Ümumdünya Səhiyyə Təşkilatına üzv olan dövlətlərin təşəbbüsü ilə tütünün səbəb olduğu ölüm halları və xəstəliklər, həmçinin tütün epidemiyasına qarşı dünyanın diqqətini çəkmək məqsədilə 1988-ci ildə 31 may tarixini Ümumdünya Tütünla Mübarizə Günü kimi qeyd edildiyini, tütünün öldürücü təsirləri haqqında faktlar və rəqəmlər, tütünün zərərli tərkibi, tənnəfüs sisteminə, həzm sisteminə, ürək-damar sisteminə, sinir sisteminə, reproduktiv sağlamlığa təsiri, passiv siqaret çəkmənin fəsadları haqqında məlumat vermişlər.
Yekunda Astara Rayon Polis Şöbəsinin Şəxsi heyətlə iş üzrə köməkçisi, polis kapitanı Ceyhun Abdulov tərəfindən məktəbli gənclərin sualları cavablandırılmışdır.
Tədbir iştirakçılarına “31 may Dünya Tütünsüz günü” və “Mən sağlam həyat tərzini seçirəm” mövzusunda maarifləndirici broşuralar paylanmışdır.