Astara rayonu Məsçidməhəllə kənd Voleybol meydançasında Astara Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq   Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Voleybol idman növü uzrə Astara rayon çempionatının keçirilmişdir.

Tədbirin açılış mərasimində  Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.  Tədbirin açılış mərasimində  Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov, Astara RGİİ-nin aparıcı məsləhətçisi Ələskər Əskərov, Vətən müharibəsi qazisi İlham Əkbərov , Astara UGİŞM-nin dərs hissə müdiri, “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi” və  yarışların baş hakimi  Cəbrayıl Məmmədov çıxış etmişlər.Qeyd olunmuşdur kı, yarışın məqsədi   ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünün və xatirəsinin yad edilməsi, yeniyetmələr, gənclər  və böyüklər arasında  sağlam həyat tərzinin  təbliği, idmançıların fiziki hazırlıq səviyyələrinin yüksəldilməsi, könüllü idman komandaların formalaşması və voleybol idman növünün kütləviliyinin inkişaf etdirilməsi, asudə vaxtın səmərəli təşkilidir. Çıxışlarda ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan, sağlam həyat tərzinin gənclərin dövlətşilik məfkurəsinin yüksəldilməsində və vətənpərvlik tərbiyəsindəki önəmindən bəhs edilmiş və yarışda idmançılara uğurlar arzulanmışdır.

Yarışda 10 komanda- “Suparıbağ” (Suparıbağ kəndi ), ”Tüləküvan Gənclər”( Tüləküvan kəndi) , “Alaşa”( Alaşa kəndi),  “Stansiya”( Astara şəhəri), “Sərhədçi”(Astara Sərhəd Komendantlığı),“Vəlvələ-1”( Məsçidməhəllə kəndi),“Tüləküvan-1” (Tüləküvan kəndi), “Maşxan”(Maşxan kəndi) “Təngərüd” (Təngərüd kəndi), “Ərçivan”(Ərçivan qəsəbəsi) komandaları yarışların əsasnaməsinə və Beynəlxalq Voleybol Federasiyasının qaydalarına uyğun olaraq fəxri yerlər uğrunda mübarizə aparmışdır.

Komandalar 2 yarımqrupda -“A”  qrupunda 5 komanda və B qrupunda  5 komanda olmaqla yarışların  Beynəlxalq Dairəvi Sistemi üzrə mübarizə aparmışlar. Yarışlar 11 gün davam etmişdir. Yarışların nəticələrinə görə A qrupu üzrə yarımfinal mərhələsinə   “Suparıbağ” (Suparıbağ kəndi   ) və “Alaşa”(Alaşa kəndi)  komandaları və B qrupu üzrə  “Vəlvələ-1”( Məsçidməhəllə kəndi) və “Tüləküvan-1” (Tüləküvan kəndi )komandaları çıxmışlar.

Yarımfinal oyunları  -“Vəlvələ-1”- “Suparıbağ”  3:1 hesabı  və  “Tüləküvan-1” – “Alaşa”  -3:1  hesabı ilə nəticıələnmişdir.

III  yer uğrunda mübarizədə “Suparıbağ” komandası “Alaşa” komandasına  3:0 hesabı ilə qalib gəlmişdir.

  Final mərhələsində “Vəlvələ-1”( Məsçidməhəllə kəndi) komandası  “Tüləküvan-1” (Tüləküvan kəndi ) komandası üzərində 3:0 hesabı ilə qələbə qazanaraq Astara rayon çempionu adını qazanmışdır.  “Tüləküvan-1” komandası II yerlə kifayətlənməli olmuşdur.

Fəxri yerləri qazanan idmançılara mükafatları Astara Rayon Gənclər və İdman  İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov, Vətən müharibəsi qazisi İlham Əkbərov, yarışların baş hakimi Cəbrayıl Məmmədov təqdim etmişlər.