Astara Rayon Dövlət Rəsm Qalareyasında Astara rayon Gənclər və İdman İdarəsi, Astara Rayon Dövlət Rəsm Qalareyasının birgə təşkilatçılğı ilə  “Şuşa ili”nə sr  olunmuş  yeniyetmə və gənclər arasında rəsm üzrə Astara rayon  müsabiqəsi keçirilmişdir.

     Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 05 yanvar 2022-ci il tarixli 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında sərəncamının və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli sərancamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiysı”nın müvafiq bəndlərinin icrasını təmin etmək, Azərbaycanın qədim şəhəri Şuşanın vəsfi, ölkəmizin mədəniyyət və musiqi mərkəzinin işğaldan azad edilməsində vətən övladlarının qəhrəmanlıqlarının tərənnümü, yeniyetmə və gənc istedadlı rəssamların üzə çıxarılması, mükafatlandırılması və asudə vaxtlarının səmərəli təşkili olmuşdur.

     14 iyul tarixdə Astara Rayon Dövlət Rəsm Qalareyasında müsabiqənin qiymətləndirmə və mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdə  Astara Rayon Gənclər və idman İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov, Astara Rayon Dövlət Rəsm Qalareyasının direktoru Naibə Mustafayeva, Mədəniyyət İşçiləriHəmkarlar İttifaqı Astara rayon komitəsinin sədri Hacıbala  Ramazanov, Astara Rayon Dövlət Rəsm Qalareyasının elmi işçisi Mehriban Tahirova, Astara Rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov çıxış edərək gəncləri təbrik etmiş və onlara yeni nailiyyətlər arzulamışlar.Çıxışlarda qeyd olunmuşdur ki, istedadlı gənclərin üzə çıxarılması sahəsində aparılan işlər və həyata keçirilən tədbirlər nəticəsində onların bacarıqları yüksəldilir, rəsm sənətinə maraqları artır, təxəyyül qabilliyəti genişlənir, vaxtları səmərəli keçir. Eləcə də qeyd olundu ki, bu il Astara Rayon Dövlət Rəsm Qalareyasının dərnəklərində məşğul olan 4 nəfər gənc-Nəcəfova Gülsüm Möhlət qızı, Nəbiyeva Səidə İlham qızı, Mikayılova Ülkər Əskər qızı, Məmmədova Fidan Müqarib qızı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Ünversitetinə daxil olmuşlar.         

      Müsabiqədə rayonun ümumtəhsil məktəblərini vəAstara Dövlət Rəsm Qalareyasını təmsil edən 41 nəfər istedadlı gənc rəssamların əsərləri Münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir.

    I yerə Həbibzadə Filiz Raman qızı ( Səncərədi kənd tam orta məktəb,X sinif) , II yerə Əliyev Əmir Sadiq oğlu(gənc rəssam), III yerə Əliyeva Aysun İlham qızı (Şüvi kənd tam orta məktəb, X sinif) layiq görülmüşlər.

    Fərqləndirici yerlərə İsayeva Xədicə Ceyhun qızı (Astara şəhər 6 saylı tam orta məktəb,VIII sinif), Mətiyeva Fatimə Elçin qızı( gənc rəssam), Axundzadə Əlirza Raminoğlu  ( Ərçivan qəsəbə  2 saylı tam orta məktəb, VIIsinif)  layiq görülmüşlər.

    Fəxri yerləri qazanan və fərqlənən gənclər Rayon Gənclər və İdman İdarəsinin diplomlarına və hədiyyələrinə layiq görülmüşlər.