Rusiya, İran və Çinin iştirakı ilə Hind okeanında birgə hərbi dəniz təlimləri keçiriləcək.
Astarainfo.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Şəhram İrani deyib.
O bildirib ki, döyüş qabiliyyətinin artırılması və stabil təhlükəsizlik sisteminin qurulması üçün yaxın zamanda Hind okeanının şimalında Rusiya və Çinin də iştirakı ilə birgə hərbi dəniz təlimləri keçiriləcək.