Astara “Şindan” otelinin konfrans zalında Astara Pedoqoji Kollecinin Tələbə Gənclər Təşkilatının üzvləri ilə Avrasiya Millət Assambleyası Ədəbiyyat həmsədri, respublikanın əməkdar jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, ”168 saat” qəzetinin redaktoru,yazar,”Penklubunun üzvü Varis Yolçuyevin görüşü baş tutmuşdur.

      Tədbiri giriş sözü ilə 44 günlük Vətən müharibəsi qazisi və tədbirin təşəbbüskarı Abbas İbrahimli açmış və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Görüşdə şəhid Kamran Fərəcovun həyat yoldaşı Nuranə Fərəcova, şəhid Nurlan Rəhimovun həyat yoldaşı Səbinə Rəhimova, “Sim kitab köşkü”nün təsisçisi Fəranə Mikayılova, Astara rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Bəhlul Rufullazadə,yazıçınınuşaqlıq dostu Telman Aslanov çıxış edərək,yazıçınınyaradıcılığı ilə bağlı xoş təəssüratlarını bildirmişlər. Şəhid Nurlan Rəhimovun oğlu Əlövsət Rəhimli və qızı Səidə Rəhimli şeir söyləmişlər. 

        Yazıçı ümumən ədəbiyyat haqqında, özünün yaradıcılığı ilə bağlı danışmış, gənclərə uğura gedən yolların sirləri barədə məlumat vermiş, görüşə qatılanlarınsuallarını çavablanrmış, onların gətirdikləri kitabları imzalamışr. Daha sonra foyedə xatirə şəkilləri çəkilmişdir.

       Görüşdə ən fəal astaralı oxucular Astara Pedaqoji Kollecinin tələbələri Zəhra Babayeva, Qənirə Nuriyeva, Sevinc Musayeva və Rusanə Hüseynovaya müəllif öz imzalı “Qırmızı ləçəklər” kitabını hədiyyə etmişdir. Abbas İbrahimli astaralı gənclər adından müəllifə xatirə hədiyyəsi təqdim etmişdir.