Gəncə Olimpiya İdman Kompleksində Gəncə şəhər Gənclər və idman Baş  İdarəsinin təşkilatçılığı ilə  “2023-cü il ulu öndər Heydər Əliyevin 100 illik  yubileyi” elan olunması ilə əlaqədar və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Mustafayev Elvin və Yusubov Orxanın xatirəsinə həsr edilmiş sərbəst güləş idman növü üzrə Gəncə şəhəruaçıq birinciliyi keçirilmişdir.

    Yarışda  Gəncə, Bakı və Mingəçevir şəhərləri , Yevlax, Astara, Tovuz, Şəmkir, Tərtər və Ağstafa rayonlarından olmaqla 200 nəfər iştirakçı idmançı mübarizə aparıblar.

    Yarışda 2008-2010-cu il təvəllüdlü və kiçik yaşlılar arasında Astara rayonun qız və oğlan komandası Astara Olimpiya İdman Kompleksinin sərbəst güləş idman növü üzrə məşqçisi Loğman Ağayevn rəhbərliyi ilə iştirak etmiş və yüksək nəticələr əldə etmişlər.

     Yarışda qızlardan ibarət komandamızın 3 nəfər idmançısı fəxri I yeri və 2 nəfər idmançısı II yeri qazanmış, ümumi komanda hesabında yarışın qalibiolmuşdur.

      Yarışda oğlanlardan ibarət komandamız 1 nəfər II yeri və 2 nəfər III yeri qazanmışdır.

    Salmanova Esma ( 23 kq) I yeri, İsmayılova Meryem (26 kq)  I yeri, Cəfərli Nuray (38 kq) I yeri, Nehmətzadə Tunay ( 29 kq) II yeri ,Ələkbərzadə Medinə (23 kq) II yeri,Hacızadə tunar (29 kq) II yeri, Əliyev Riad (52 kq) III yeri, Rufullayev İmran( 26 kq) III yeri qazanmışlar.

     Həmyerlilərimiizi təbrik edir və yeni zirvələr fəth etməyi arzulayırıq.