Türkiyədə baş verən zəlzələdə ölən və yaralananların sayı yenidən artıb.
Astarainfo.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət nəticəsində ölənlərin sayı  1762 nəfərdir. Yaralı sayı isə 12 068 nəfərə çatıb.

***21:36

Türkiyədə baş verən zəlzələdə ölən və yaralananların sayı artıb.

Astarainfo.az xəbər verir ki, bu barədə AFAd-ın yaydığı məlumatda qeyd olunub. Təbii fəlakət nəticəsində ölənlərin sayı 1651 nəfərə çatıb. 11 119 nəfərin isə yaralandığı bildirilib.

***19:49

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1541-ə, yaralıların sayı isə 9733-ə çatıb.

Astarainfo.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Zəlzələ nəticəsində 3471 bina dağılıb.

***18:43
Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

Astarainfo.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumat yayıb. Bildirilib ki, zəlzələdə ölənlərin sayı 1498-ə, yaralıların sayı isə 8 533-ə çatıb.

***17:48
Türkiyədə baş verən zəlzələdə ölən və yaralananların sayı artıb.
Astarainfo.az xəbər verir ki,  yeraltı təkanlar nəticəsində ölənlərin sayının 1 121-ə yüksəlib, 7 634 nəfər isə  yaralanıb, 2 834 bina dağılıb.

***16:16
Türkiyədə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 1014 nəfərə çatıb.
Astarainfo.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***14:12
“İndiyədək 912 vətəndaşımız həyatını itirib, 5385 vətəndaşımız isə yaralanıb”.
Astarainfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

***11:18
“Ümumilikdə 284 ölüm və 2 min 323 yaralı var, 1710 bina dağılıb”.
Astarainfo.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat yayıb.
O vilayətlərdəki dağıntılar və itkilər barədə də məlumat verib:
“Hatayda 4 ölü, 7 yaralı var. 200 bina dağılıb.
Osmaniyedə 20 itki, 200 yaralı var, 83 bina dağıldı.
Adıyamanda 13 nəfər həlak olub, 22 nəfər yaralanıb.
Diyarbəkirdə 14, Urfada isə 18 itkimiz var.
Antepdə 80 itki və 580 dağılmış binamız var.
Kilisdə 80 itkimiz var.
Adanada 10 nəfər itkin düşüb, 118 nəfər yaralanıb.
Malatyada 47 itki, 550 yaralı var.
Ümumilikdə 284 ölüm və 2 min 323 yaralı var. 1710 bina dağıdılıb”.

***09:11

Xəbər verdiyimiz kimi, Türkiyənin Kahramanmaraş vilayətində 7,4 bal gücündə zəlzələ baş verib.
Astarainfo.az  “TRT”yə istinadla xəbər verdiyimiz kimi, Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) 42 ardıcıl təkanın qeydə alındığını, 76 nəfərin həyatını itirdiyini, 440 nəfərin yaralandığını açıqlayıb.
Bir çox şəhərdə hiss edilən zəlzələnin 30 saniyədən çox davam etdiyi bildirilib.
Qeyd edək ki, zəlzələ Hatay, Adana, Qaziantep, Malatya, Kilis, Adıyaman, Diyarbəkir, Şanlıurfa və Osmaniye vilayətlərində də hiss olunub.
Zəlzələ Türkiyə vaxtı ilə 04:17-də (Bakı vaxtı ilə 05:17) qeydə alınıb, dərinliyi 7 kilometr olub.
Təbii fəlakətin Misir, Livan, Suriya və İraqda da güclü hiss olunduğu bildirilir.