Xorvatiyada güləş üzrə “Zaqreb Open” turnirinin ilk günündə sərbəst güləş üzrə Astaralı idmançı Əliabbas Rzazadə (57 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

      Əliabbas Rzazadənin şəxsi məşqçisi  məşhur astaralı idmançı,  2 qat Avropa çempionu, Dünya birinciliyinin bürünc mükafatçısı, ”Azərbaycan Respublikasının Əməkdar məşqçisi”,  beynəlxalq dərəcəli idman ustası, Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqqi” medalı (2016), III dərəcəli “Əmək“ ordeni (2021) ilə təltif olunmuş, 2005-2016-cı illərdə sərbəst güləş üzrə Azərbaycan Respublikasının kişilərdən ibarət yığma komandasının  məşqçisi (“Zenit“ idman klubunun baş məşqçisi) və 2017-2021-ci illərdən sərbəst güləş üzrə qadınlardan ibarət yığma komandasının baş məşqçisi işləmiş Ağayev Aslan Loğman oğludur.

İdmançımızı və məşqçisini təbrik edir, onlara yeni uğurlar arzulayırıq.