27 aprel 2023-ci il tarixində Astara Gənclər Evində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Bilici” intelektual oyun keçirilmişdir. Yarışda 14-29 yaş arası müəllimlər, tələbələr, gənclər, məktəblilər iştirak etmişlər.Yarış YAP Astara rayon təşkilatının,Lənkəran-Astara Təhsil İdarəsinin,Asrara rayon Gənclər və İdman İdarəsinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq təkil edilmişdir.

Tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Tədibirdə YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Rufan Şirinov və digər şəxslər çıxış etmişlər. Çıxış edənlər Ümummilli Lider Heydər Əliyev haqqında geniş məlumat vermiş, bilik oyununun məqsədinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı tədbirlər planının müvafiq bəndinin həyata keçirilməsi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli sərancamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiysı”nın müvafiq bəndlərinin icrasını təmin edilməsi, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunması, xatirəsinin yad edilməsi və irsinin öyrənilməsi, yeniyetmə və gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, asudə vaxtlarının səmərəli təşkili olduğunu bildirmişlər.

Yarışda “Elit” (Astara şəhər 1 saylı tam orta məktəbi), “Xəmsə” (Astara Pedaqoji Kolleci), “Ziya” (Astara şəhər 2 saylı tam orta məktəbi), “Zirvə” ( Astara şəhər 3 saylı tam orta məktəbi), “Ümüd” (Astara şəhər 4 saylı tam orta məktəbi), “Leqend” (Astara şəhər 5 saylı tam orta məktəbi), “Zəfər” (Suparıbağ kənd tam orta məktəbi), “Ulduz” (Artupa kənd tam orta məktəbi), “Səncərədi” (Səncərədi kənd tam orta məktəbi), “Uğur” (Maşxan kənd tam orta məktəbi), “Xarı bülbül” (Könüllü gənclər) olmaqla ümumilikdə 11 komanda mübarizə aparmışdır.

İnellektual bilik yarışı 3 mərhələdən- seçim, yarımfinal və final mərhələlərindən ibarət keçirilmişdir. Seçim mərhələsindən sonra “Ziya”, ”Elit”, “Zirvə” və “Leqend“ komandaları yarımfinala yüksəlmişlər.

Final mərhələsində I yeri “Zirvə” ( Astara şəhər 3 saylı tam orta məktəbi), II yeri “Leqend” (Astara şəhər 5 saylı tam orta məktəbi), III yerə “Ziya” (Astara şəhər 2 saylı tam orta məktəbi), həvəsləndirici III yerə “Elit” (Astara şəhər 1 saylı tam orta məktəbi), komandası layiq görülmüşdür.

Qalib “Zirvə” komandasına bilik yarışının kuboku və diplomu , fəxri yerləri qazanan digər komandalara Astara Rayon Gənclər və İdman İdarəsinin diplomları və hədiyyələri təqdim edilmişdir.