“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.3-cü bəndinin (Qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı əhali arasında təşviqat və maarifləndirmə işlərinin aparılması), 10.12.4-cü bəndinin “Sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin aparılması) və 10.12.5-ci bəndinin (Xüsusi həssas əhali qruplarının (uşaqlar, hamilə qadınlar və s.) sağlam qidalanmasının təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi (xüsusi pilot layihələrin icra edilməsi və s.) icrası ilə bağlı keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, rayon icra hakimiyyətinin məsul işçiləri, bələdiyyələr, Astara Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara Regional bölməsinin nümayəndəsi, sahibkarlar, bağça müdirləri, bağçaların təsərrüfat müdirləri, məktəblərdə fəaliyyət göstərən bufetlərdə çalışan məsul səxlər iştirak etmişdirlər.

Rayon icra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova, Rayon icra hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Aqil Əhmədov, Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara Regional bölməsinin baş məsləhətçisi Tamerlan Məmmədov, Astara Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Natiq Əliyev mövzu ilə bağlı çıxışlar etmişlər.

Tədbir iştirakçılarına natiqlər tərəfindən qida təhlükəsizliyi ilə bağlı vacib olan məqamlar, əhaliyə konservləşdirilmiş qidalar, o cümlədən qida məhsullarının etiketlərində yer almalı olan məlumatlar, qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin qarşısını almaq üçün tövsiyələr verilib. Bundan başqa, məhsul alarkən etiket məlumatları ilə bağlı vacib məqamlar da diqqətə çatdırılmış, O, cümlədən tədbir iştirakçılarının fikir və təklifləri dinlənilmiş, iştirakçılara maraqlı olan suallar dolğun cavablandırılmışdır.

Tədbirdə mövzu ilə əlaqədar videoçarx nümayiş etdirilmiş, iştirakçılara qida təhlükəsizliyi ilə bağlı məlumatlandırıcı bukletlər paylanılmışdır.