28 avqust 2023-cü il tarixində Astara Boks Mərkəzində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektoru və Astara Boks Mərkəzinin birgə təşkilatçılığı ilə boks idman növünün təbliği, sağlam həyat tərzinə çağırış, asudə vaxtların səmərəli təşkili məqsədilə “İdman hamı üçün” layihəsi çərçivəsində boks üzrə rayonlar arası yoldaşlıq görüşü keçirilmişdir.

Yoldaşlıq görüşündə Astara , Lənkəran , İmişli və Masallı rayonlarından olan boksçular iştirak etmişlər. 59 boksçunun iştirak etdiyi yarış gərgin mübarəizə şəraitində keçmişdir.