Xəzər dənizinin sahilində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun və Astara Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə güləş idman növünün təbliği, sağlam həyat tərzinə çağırış, asudə vaxtların səmərəli təşkili məqsədilə “İdman hamı üçün” layihəsi çərçivəsində “ Güləş hamı üçün” təlim-məşqlər keçirildi.

Təlim-məşqlər Astara Olimpiya İdman Kompleksinin güləş üzrə məşqçi-müəllimi Nizami Axundovun rəhbərliyi bə 21 idmançının iştirakı ilə keçirildi.

Təlim-məşqlər yeniyetmələrdə həvəs oyadaraq böyük marağa səbəb oldu.