16 aprel 2024-cü il tarixində Astara Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında yaradılan Uşaq Səfirlər Məclisinin Astara rayonü üzrə seçilmiş nümayəndələrinin rayonun 20 nəfər fəal məktəblisi ilə görüşü keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Astara Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Günel Lətifzadə tədbirin məqsədi və əhəmiyyətindən bəhs etmişdir. Uşaq Səfirlər Məclisinin Astara rayonu üzrə seçilmiş nümayəndələri- Astara rayon Siyaku kənd tam orta məktəbinin şagirdi Cavidan Cəfərzadə və Astara şəhər 2 saylı tam orta məktəbin şagirdi Fidan Ağazadə Məclisin əsasnaməsi, yaradılma məqsədi, uşaq hüquqlarının müdafiəsi istiqamətində rolu, aparılmış və aparılacaq maarifləndirmə işi, həmçinin 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması, bu məqsədlə irəli sürülmüş “Yalnız bir DÜNYA” layihəsi, layihə çərçivəsində həyata keçiriləcək tədbirlər barədə gənc fəallara geniş məlumat vermişlər.

Mövzu ilə bağlı Fidan Ağazadə tərəfindən hazırlamış video-çarx şagirdlərə təqdim olunmuş və qarşıda duran işlər barədə gənc fəallarla birlikdə müzakirələr aparılmışdır.

Sonda gənclərlə xatirə şəkli çəkilmişdir.