2024-cü ilin yanvar-iyun aylarında Astara rayonunda iqtisadiyyatın əsas sahələri üzrə (sənaye, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, tikinti, nəqliyyat və anba rtəsərrüfatı, informasiya və rabitə, ticarət; nəqliyyat vasitələrinin təmiri)  məhsul buraxılışı və xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,4 faiz artaraq 123256,8 min manat olmuşdur. İstehsal edilmiş məhsul və xidmətlərin rayon əhalisinin hər nəfərinə düşən dəyəri 1100,6 manat təşkil etmişdir.

Məhsul və xidmətlərin 33,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 31,5 faizi ticarət;  nəqliyyat vasitələrinin təmiri, 18,3 faizi tikinti, 13,3 faizi sənaye,  2,6  faizi nəqliyyat və anbar təsərrüfatı, 0,4 faizi informasiya və rabitə sahələrində istehsal edilmişdir.

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-iyun aylarında  16406,3 min manatlıq sənaye məhsulu istehsal edilmiş, 2023-cü  ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalı 9,2 faiz azalmışdır.

Sənaye məhsulunun 33,6 faizi emal sektorunda, 65,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 33,6 faiz olmuşdur.

Emal sənayesində ev təsərrüfatlarında sənaye məhsulu istehsalının, habelə hüquqi şəx yaratmadan fərdi sahibkar kimi fəaliyyət göstərənlərin işinin qiymətləndirilməsidə nəzərə alınmaqla 5510,3 min manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 9,2 faiz azalmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 6,8 faiz artmışdır. İstehsal edilmiş sənaye məhsulunun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında  01 iyul 2024-cü il vəziyyətinə 404,5  min manatlıq hazır məhsul olmuşdur.

Kənd təsərrüfatı məhsullarının yığımı davam edir. İyul ayının 1-nə kimi qarğıdalı da daxil olmaqla tarlalardan  145,4 ton və ya keçən ilin müvafiq dövrünə nisbətən  15,8 faiz çox dənli və dənli paxlalı bitkilər, 6465,1 ton (6,4 faiz az) tərəvəz,  6034,5 ton (3,2 faiz az)  kartof,  174,0 ton (0,7 faiz çox)  meyvə və giləmeyvə, 297,9  ton (4,6 faiz az) yaşıl çay yarpağı yığılmışdır.

2024-cü ilin yanvar-iyun aylarında diri çəkidə 2035,7 ton ət,  12884,2  ton süd, 4659,0 min ədəd yumurta, 17,0 ton yun, 184,6 kq barama istehsal olunmuşdur. 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə ət istehsalı 1,1 faiz, yumurta istehsalı 0,2 faiz artmış, süd istehsalı  6,9 faiz, barama istehsalı 61,6 faiz azalmışdır.

2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,1 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 8,5 faiz azalmış, heyvandarlıq məhsulları istehsalı isə 0,5 faiz artmışdır.

2024-cü ilin yanvar-iyun aylarında əsas kapitala 23071,0 min manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2 dəfə çox vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 22566,9 min manatı və ya 97,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2024-cü ilin yanvar-iyun aylarında 572,0 min ton yük və 3830,0 min sərnişin daşınmışdır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə yükdaşınması 6,1 faiz, sərnişindaşınması isə 7,0 faiz artmışdır.

İnformasiya və rabitə müəssisələri tərəfindən göstərilmiş 548,3 min manatlıq xidmətlərin 88,9 faizi əhali sektoruna aid olmuşdur. 2024-cü ilin yanvar-iyun aylarında göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,6 faiz azalmış, bu sahədə əldə edilmiş gəlirin 96,0 faizi dövlət sektorunun payına düşmüşdür.

2024-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 121264,0 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 19730,0 min manatlıq ödənişli xidmət göstərilmişdir.

2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 8,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 5,0 faiz artmış, ticarət şəbəkəsində 68178,6 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 53085,4 min manatlıq qeyri-ərzaq malları satılmışdır.

2024-cü ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 102,5 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 104,6 faiz,  qeyri-qida malları üzrə 100,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlə rüzrə 101,6 faiz təşkil etmişdir.

2024-cü ilin yanvar-may aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 11,4 faiz artaraq 627,3 manata çatmışdır.

2024-cü ilin yanvar-iyun aylarında əhalinin sayı 267 nəfər və ya 0,2 faiz artaraq 2024-cü il iyul ayının 1-i vəziyyətinə 112124 nəfərə çatmışdır.

 

Şövqiyyə Məmmədova,

Astara  RayonStatistika İdarəsinin rəis müavini

 

 

 

 

 

 

 

 

 

3