Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) tərəfindən ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş “Regionun gənc eko-səfirləri” proqramının nəticələri açıqlanmışdır. Həmyerlimiz Astaranın Şiyəkəran kəndindən olan Qulamzadə Gültəkin Yunus qızı Lənkəran şəhəri üzrə eko səfir təyin edilmişdir.

Məlumat üçün qeyd edim ki, Proqram çərçivəsində 16-25 yaş arası 200 nəfərə yaxın gənc qeydiyyatdan keçmiş və onlar arasından tələblərə cavab verən 58 nəfər müsahibə mərhələsinə dəvət olunmuşdur. Bu mərhələni də uğurla tamamlayan 12 gənc təmsil etdiyi regionun eko-səfiri seçilmişdir.

Eko-səfir adını qazanan bütün gəncləri redaksiyamız adından adından təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.