Çayçılıq  kənd təsərrüfatının ənənəvi və gəlirli sahələrindəndir.  Bu baxımdan  rayonumuz  üçün  ənənəvi olan çayçılıq  sahəsinin  inkişaf  etdirilməsi  prioritet  məsələ  kimi qarşıya  qoyulmuşdur.

Çayçılığın inkişaf etdirilməsi, çay məhsullarına tələbatın yerli istehsal hesabına təmin olunması, çayçılığın ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə“Azərbaycan Respublikasında  2018-2027-ci illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı” qəbul  edilmişdir. Proqramın  həyata  keçirilməsi  nəticəsində  rayonumuzda  çayçılığın inkişaf  etdirilməsi ilə bağlı  görülən işlər sürətlənmiş, çay  plantasiyalarının əkin sahəsi artırılmışdır.

Belə ki,  Respublikada mövcud çay plantasiyalarının təxminən 24,0 faizi, çay istehsalının isə 60 faizindən çoxu  Astara rayonunun payına düşür.

Hazırda  rayonda 232,1 hektar  çay sahəsi vardır və bu sahələrdən 01avqust 2024-cü il vəziyyətinə 486,6 ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 11,2 ton  və ya 2,4 faiz çox məhsul yığılmışdır. Məhsuldarlıq isə  0,5 sentner artaraq 21,0 sentner olmuşdur.

Rayonda  çayçılıqla 3 kənd təsərrüfatı məşğuldur və  2024-cü ilin  7 ayında həmin müəssisələr tərəfindən 145,8 ton  və ya 6,4 faiz çox yaşıl çay yarpağı istehsal edilərək  təhvil verilmişdir. Məhsuldarlıq isə  0,4 sentner artaraq 7,7 sentner olmuşdur.

Əhali təsərrüfatları tərəfindən  340,8 ton və ya keçən ilin müvafiq dövrünə nisbətən  0,7 faiz çox  məhsul yığılmışdır.

Hazırda təsərrüfatlarda çay yığımı davam edir.

Şövqiyyə Məmmədova,

Astara Rayon Statistika İdarəsinin rəis müavini