Astarainfo.az LDU-nun mətbuat xidmətinə istinadən məlumat verir ki, Alman dövləti tərəfindən dəstəklənən, alman ali məktəblərinin birgə qurumu olan Alman Akademik Mübadilə Xidməti (DAAD)-ın Bakı Məlumat Mərkəzinin ofis meneceri Stefani Düfo bu gün Lənkəran Dövlət Universitetində olub.
LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov xanım Stefani Düfonu qəbul edib .Söhbət zamanı xanım qonağa LDU-da aparılan təhsil islahatları,maddi texniki bazanın yenilənməsi,dünya təhsil sisteminə inteqrasiya ,təhsildə yeni metodların tədbiqi,tədrislə təcrubənin uzlaşdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
LDU-ya gəlişinin məqsədini açıqlayan xanım Düfo təmsil etdiyi beynəlxalq qurumun məqsəd və məramından söz açıb.Bildirib ki,DAAD-ın əsas vəzifəsi tələbələrin və elmi işçilərin mübadiləsi vasitəsi ilə Almaniyanın xarici münasibətlərinin dəstəklənməsidir.
Professor Natiq İbrahimov LDU ilə Almaniyanın nüfuzlu ali məktəbləri arasında tələbə-müəllim mübadiləsinin vacibliyini yüksək dəyərləndirərək qurum rəsmisini bu istiqamətdə yardımçı olmağa çağırıb.LDU rəsmisi universitet nəzdində alman dili kurslarının təşkili , bu kursları uğurla bitərən məzunlara xaricdə təhsil imkanlarının yaradılması, əsasən aqrar ixtisaslar üzrə təhsil alan tələbələrə Almaniyanın ali məktəblərində praktik biliklərinin təkmilləşdirilməsi imkanlarının verilməsi barədə danışıb və bu məqsədlərin reallaşdırılmasının vacibliyini qeyd edib.
Qarşılıqlı anlaşma şəraitində keçən söhbət zamanı bir çox məsələlər barədə razılaşma əldə olunub. Görüş zamanı xanım Düfo professor Natiq İbrahimova təmsil etdiyi qurumun xatirə hədiyyəsini –Almaniya universitetləri barədə geniş məlumat kitabını təqdim edib.LDU-nun xatirə hədiyyəsi isə cənub təbiətini əks etdirən rəsm əsəri olub.
Xanım Stefani Düfo sonra LDU-nun tələbələri ilə görüşüb.Görüş zamanı tələbələrə Almaniyanın ali təhsil sistemi və tədqiqat mühiti,ölkədə təqaüdlü təhsil imkanları,il ərzində alman dilli tələbələr və müəllimlər üçün təşkil olunan müxtəlif mövzularda seminarlar və yay məktəbləri barədə videoçarx təqdim olunub və layihə barədə ətraflı məlumat verilib,həmçinin tələbələri maraqlandıran suallar cavablandırılıb.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...