Futbol üzrə DÇ-2018-in daha bir iştirakçısı məlum olub

DÇ-2018-in final mərhələsinə yüksələn komandalardan birinin də adı məlum olub.
Astarainfo.az-ın APA-ya istinadən xəbərinə görə, Seneqal yığması Afrika üzrə təsnifat mərhələsi çərçivəsində Cənubi Afrika Respublikasının komandasını 2:0 hesabı ilə məğlub edərək vəsiqəni təmin edib.
Seneqal yığması tarixində 2-ci dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb. 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilən “mundialda” seneqallılar ¼ finala irəliləyərək Türkiyə millisinə məğlub olmuşdular.