Dünən Rusiyanın Sankt-Peterburq şəhərində 45 yaşlı azərbaycanlı iş adamı güllələnib.
Astarainfo.az  “fontanka.ru” saytına istinadən bildirir ki, hadisə Sankt-Peterburq şəhərindəki meyvə-tərəvəz anbarından birində baş verib. 
Hadisə aprelin 12-də günorta saat 3 radələrində baş verib. 45 yaşlı azərbaycanlı iş adamı tanımadığı şəxslə mübahisə edib. Bildirilir ki, dava zamanı tanımadığı şəxs əvvəlcə iş adamına yumruqla zərbə vurub. Daha sonra həmin şəxs atəş açaraq iş adamını ayağından yaralayıb.  
Xəstəxanaya yerləşdirilən azərbaycanlının vəziyyəti orta ağır qiymətləndirilir. Polis yaxınlıqda dayanan BMV markalı avtomobilin içərisindən Feyruz adlı bir şəxsin adına olan tapança aşkarlayıblar. Hadisə yerindən qaçan şəxsin axtarışları davam etdirilir.