İlin əvvəlindən rayon əhalisinin sayı 438 nəfərə, 0,4 faiz artaraq 2024-cü iliyul ayının 1-i vəziyyətinə 112301 nəfərə çatmışdır. Bir kvadrat kilometrə düşən əhalinin sayı 181 nəfər olmuşdur.

Əhalinin 30,1 faizini şəhər, 69,9 faizini kənd sakinləri, 50,4 faizini kişilər, 49,6 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 984 qadın düşür.

Ədliyyə Nazirliyinin  rayon qeydiyyat şöbəsi tərəfindən 2024-cü ilin yanvar-iyun ayları ərzində rayonda 747 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 13,3 təşkil etmişdir. Körpələrdən 10-u əkiz, 3-ü üçəm doğulmuşdur.

Cari ilin birinci yarısında rayonda 309 ölüm halı qeydə alınmış və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,5-dən 5,5-ə düşmüşdür.

Bu ilin yanvar-iyun aylarında Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsi tərəfindən 310 nikah və 74 boşanma halları qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,9-dan 5,5-ə,boşanmaların sayı isə 1,8-dən 1,3-ə düşmüşdür.

Şövqiyyə Məmmədova,

Astara  Rayon Statistika İdarəsinin rəis müavini