“Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən  Lənkəran şəhərində yerləşən AB Qala otelində “Məişət zorakılığına qarşı mübarizədə gənclərin səfərbər edilməsi layihəsi çərçivəsində Azərbaycan Respublikasının 18 yaşayış məntəqəsindən (Ağstafa, Bakı, Balakən, Bərdə, Gədəbəy, Qazax, Qəbələ, Quba, Qusar, Laçın, Lənkəran, Neftçala, Sabirabad, Salyan, Sumqayıt, Şəki, Yardımlı, Zərdab) olan 26 nəfər gənc üçün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun  maliyyə dəstəyi ilə 3 günlük təlim kurslarının keçirilməsinə başlanılmışdır.

Təlim kurslarında 15 nəfər qız və 11 nəfər oğlan iştirak edir. İctimai birliyin heyətindən başqa təlim kurslarında qonaq qismində Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini cənab Elbəy Fətəliyev, təlimçi qismində “Lənkəran Hüquq Mərkəzi” MMC-nin direktoru cənab Ehtiram Fəttayev, ekspert qismində isə Ombudsman Aparatının Cəlilabad Regional Mərkəzinin rəhbəri cənab Ziya İsmayılov iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar.
Təlim kursunda işçi heyətlə iştirakçılar arasında məişət zorakılığı və onun formaları ilə mübarizə sahəsində bir çox mövzuların: “Ailədaxili zorakılıq nədir? Kimlər məişət zorakılığının qurbanları hesab olunur? Ailədaxili zorakılığla əlaqədar BMT-nin və Avropa Şurasının statistik məlumatları, Azərbaycanda məişət zorakılığı ilə bağlı mövcud statistika, İnsan alverinə rəvac verən ailədaxili zorakılığa dair DİN-nin müvafiq statistikası və onun təhlili, Ailə-məişət münaqişələri zəminində baş verən cinayət hadisələrinin statistikası və onun təhlili, Qadınlara qarşı zorakılığla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin statistikası və onun təhlili, Ailələrdə qadınlara qarşı zorakılıq səbəbindən baş verən ölüm və intihar hallarının təhlili, Ailədaxili zorakılığın qurbanlarının ehtiyacları və qurbanlara göstərilə biləcək yardım formaları, Məişət zəmnində baş verən ailədaxili zorakılıq və onun səbəblərininin araşdırılması, Məişət zəmnində baş verən ailədaxili zorakılıq və onun fəsadlarının qiymətləndirilməsi, Ailədaxili zorakılıq və onunla mübarizə: milli və beynəlxalq təcrübə, Məişət zorakılığı və onun formaları ilə mübarizə sahəsində hüquqi savadsızlıq probleminə qarşı maarifləndirmə və məlumatlandırma kampaniyalarının təşkili mexanizmləri, məişət zorakılığı və onun formaları ilə mübarizə sahəsində təklif və tövsiyələr, Azərbaycanda ailədaxili zorakılığla mübarizə sahəsində aidiyyəti qurumların və QHT-lərin yeri və rolu” müzakirə olunması və 3 günlük təlim sessiyası ərzində mövzularla bağlı müxtəlif sosial çarxların izlənilməsi nəzərdə tutulmuşdur.
Təlim kursları ərzində işçi heyəti qeyri-formal və interaktiv təlim üsulları, təqdimatlar, beyin həmləsi, debatlar, fokus qrup müzakirələri, interaktiv qrup işləri, rol oyunları, enercayzerlər, iştirakçılarla və mütəxəsislərlə qarşılıqlı fikir mübadiləsi kimi bir çox təlim metodlarından geniş istifadə olunmasını planlaşdırır.
Təlim kursunun sonunda bütün iştirakçılara sertifikatların verilməsi, eləcə də, gənclərə məişət zorakılığı və onun formaları ilə mübarizə sahəsində aidiyyəti təqdimatların verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 5 oktyabr 2017-ci il – 5 yanvar 2018-ci il tarixlərini əhatə edən 3 aylıq layihənin məqsədi ölkədə məişət zorakılığı və onun formaları ilə mübarizə sahəsində regionlardakı gənclərin, xüsusilə də, gənc ailələrin, eləcə də risk qruplarının (məsələn, erkən nikahın iştirakçıları, yeniyetmələr, uşaqlar və s.) geniş maarifləndirilməsi və məlumatlandırılmasından ibarətdir.
Əlavə edək ki, təlim kurslarından öncə Azərbaycanın 36 müxtəlif yaşayış məntəqəsindən (Abşeron, Ağstafa, Bakı, Balakən, Bərdə, Biləsuvar, Cəbrayıl, Daşkəsən, Füzuli, Gədəbəy, Hacıqabul, Xaçmaz, Xanlar, İsmayıllı, Qazax, Qəbələ, Quba, Qusar, Laçın, Lənkəran, Masallı, Mingəçevir, Naxçıvan, Neftçala, Oğuz, Sabirabad, Salyan, Siyəzən, Sumqayıt, Şəki, Şəmkir, Tovuz, Yardımlı, Yevlax, Zəngilan, Zərdab) 78 nəfər gənc ərizəçi (39 oğlan və 39 qız) təlim kurslarında iştirak etmək üçün təşkilata müraciət etmişdir ki, onlardan da yalnız 26 nəfəri (11 oğlan və 15 qız) təlimdə iştirak etmək hüququ qazanmışdır.Lenkaranxeber.info