Aastarainfo.az xezerxeber.az-a istinadənLerikdə antik dövrə aid yeni tapıntılar aşkar edilib. Rayon ərazisində tapılan qəbiristanlıq və yaşayış yerinin 2500 il yaşı var. Tədqiqat işləri xarici mütəxəssislərlə birgə aparılır.

2500 il yaşı olan qəbiristanlıq və yaşayış yeri aşkarlanıb…

Antik dövrə aid yeni tapıntılar Lerikdə aşkar edilib. Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri rayonun Gürdəsər kəndi ərazisində tədqiqat işlərini aparıblar və orada eramızdan əvvəl V əsrə aid olduğu bildirilən qəbiristanlıq və yaşayış yeri məyyən ediblər. Qazıntılar kəndin Piboz təpə adlanan ərazisində antik dövr qəbiristanlığında aparılır.Yeni tapıntılar da elə bu ərazidə aşkarlanıb.

Eramızdan əvvəl V əsrə aid olan qəbirlərin içərisində silahlar, muncuq, bəzək əşyaları və saxsı məişət əşyaları var.

Arxeoloji qazıntılar aparılan əraziyə yaxın yerdə iki il əvvəl yaşayış yeri də aşkar edilib. Hazırda həmin ərazidə də qazıntı işləri aparılır. Arxeoloji tədqiqatlara amerikalı mütəxəssislər də qatılıb.

Lerik rayonu ərazisində yeni qədim yaşayış izlərini müəyyən etmək üçün kəşfiyyat xarakterli qazıntı işləri də həyata keçirilir. Bu günə qədər ümumilikdə 50 belə yer müəyyən edilib. Arxeoloji tədqiqat işləri avqust ayının sonuna kimi davam etdiriləcək. Əldə olunan nümunələr isə laboratoriya şəraitində müayinə olunacaq.

 xezerxeber.az