Bakıda Beynəlxalq Caz Festivalının təntənəli açılış mərasimi oktyabrın 20-də “Rotunda, Landmark Hotel”də olacaq.

Tədbirin təşkilatçıları AZƏRTAC-a bildiriblər ki, oktyabrın 28-dək davam edəcək festivalda xarici və yerli caz ustaları iştirak edəcəklər.

Festivalın birinci günündə qvineyalı musiqi, virtuoz kora ( 21 simli Afrika arfası) ifaçısı, “Ba Sissoko” kollektivi ilə əməkdaşlıq etməsi ilə tanınan Seku Kuyatenin çıxışı gözlənilir. Konsert saat 19:00-da “Elektra Events Hall” klubunda olacaq.

Caz festivalının açılışı çərçivəsində istedadlı gənc rəssam Bəhruz Kəngərlinin əsərlərindən ibarət sərgi açılacaq. Festivalın birinci gününün sonunda cem-seyşn təşkil ediləcək.