Xerox” şirkətinin mühəndisləri tərəfindən hazırlanmış “çipletləri” xüsusi printerlərin köməyi ilə yastı səth üzərinə yerləşdirmək mümkündür.

AZƏRTAC hi-news.ru saytına istinadla xəbər verir ki, ABŞ hərbi agentliyi “DARPA” bu texnologiya ilə ciddi şəkildə maraqlanıb. Yeni layihə “çipletlərin” müxtəlif dəstləri əsasında modulyar kompüterlərin yaradılmasını nəzərdə tutur.

Hərbi agentlik “çipletlərin” gələcəyini belə görür: təsvirlərin sürətli işlənməsi üçün sistem lazım olarsa, o, uyğun “çipletlərdən” toplanacaq. Peyk üçün ana plata lazım olarsa, yalnız bir “çipleti” digəri ilə dəyişdirmək kifayət edəcək.

Hərbi agentliyin rəsmi saytında layihənin mahiyyətini təfərrüatı ilə təsvir edən PDF-sənəd yerləşdirilib. Lakin bütün bunlar hazırlığın ilkin mərhələsidir. Hələlik “çipletlərin ölçüsü və forması məlum deyil. Güman edilir ki, onları yalnız zavod şəraitində xüsusi avadanlıqlar vasitəsilə dəyişdirmək mümkün olacaq.