Dünyanın iri neft istehsalçıları-Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatını daha üç ay müddətinə uzatmağa çağırırlar.

Astarainfo.az”Ölkə.Az”-a istinadən  xəbər verir ki, neft hasilatının azaldılması 2018-ci ilin iyun ayının sonuna qədər uzadıla bilər.

Qərb mətbuatının xəbərinə əsasən Rusiyanın energetika naziri Aleksandr Novak və səudiyyəli həmkarı Xalid əl-Falix bu məsələni iyul ayında Sankt-Peterburqda keçirilən görüşdə müzakirə ediblər. Bu görüşdən sonra Moskva və Ər-Riyad digər dövlətləri də müqavilənin müddətini uzatmağa səsləyir.
OPEK-ə üzv dövlətlərin energetika nazirlərinin görüşü 22 sentyabr tarixində Vyanada baş tutacaq.