Paytaxtın inşaat sektorunda işçilərin sayı 1,7 faiz artıb

2017-ci ilin yanvar-avqust aylarında paytaxtın inşaat sektorunda işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz artaraq 60,0 min nəfər olub.

Bakı şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,4 faiz artaraq, 1064,3 manat təşkil edib.

İxtisaslaşdırılmış tikinti işlərində işləyənlərin əməkhaqqı 15,0 faiz azalıb, binaların tikintisində əməkhaqqı 12,3 faiz, mülki təyinatlı inşaat işlərində əməkhaqqı isə 13,3 faiz artıb.