Gürcüstanın müxalif “Avropalı Gürcüstan” Partiyasının liderlərindən olan David Bakradze azərbaycanlıların sıx yaşadığı Marneuliyə xüsusi təyinatlı polis dəstəsinin yerləşdirilməsini şərh edib.
APA-nın yerli bürosunun məlumatına əsasən, siyasətçi keçirdiyi brifinqdə deyib ki, hakimiyyət Marneulidə gərginlik yaratmaq və xalqın seçimini əlindən almaq istəyir: “İlkin nəticələrə görə, bizim Marneuli icra başçısına namizədimiz Əhməd İmamquliyev qələbə qazanır. Marneulidə yerli əhalinin dəstəklədiyi namizəd qalib gəlməlidir”.
“Gürcü Arzusu” Partiyasının Marneuli rayonunun icra başçısı vəzifəsinə namizədi Temur Abazov isə opponentlərini süni şəkildə gərginlik yaratmaqda ittiham edib. Onun sözlərinə görə, rayonda seçki prosesi ciddi qanun pozuntusu olmadan, sakit şəraitdə keçir.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...