Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar Müslim Maqomayevin “Şah İsmayıl” operası növbəti dəfə nümayiş olunub.
Astarainfo.az AZƏRTAC-a istinadən məlumat verir ki, baba M. Maqomayevin qələmə aldığı opera bu dəfə nəvə Müslimin xatirəsinə ithaf olunub.
Xalq Artisti, görkəmli müğənni Müslim Maqomayevin 75 illiyi çərçivəsində təqdim edilən səhnə əsərində rolları Əməkdar artistlər Təyyar Bayramov, İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Afaq Ağayeva ifa ediblər.
Opera Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva tərəfindən idarə olunub. Həmişə olduğu kimi, bu dəfə də səhnə əsəri maraqla qarşılanıb.
Bu gün Respublikanın hər yerində olduğu kimi Astara rayonunun ümumtəhsil məktəblərində də 2021-2022-ci tədris ilinin ilk dərs günüdür.
İlk dərs günündə Astara rayon İcra Hakimiyyətinin...