Astarainfo.az Prezidentin rəsmi internet saytına istinadən xəbər verir ki, Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısı mərasimdə nitq söyləyib.