Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən qısa müddət sonra xalqı üzləşdiyi ağır vəziyyətdən çıxardaraq, Azərbaycanı beynəlxalq aləmdə tanıtdı. Ulu öndərimizin səyləri nəticəsində xalqımızın haqq səsi mötəbər tribunalardan eşidilməyə başladı. Ulu öndərimiz böyük ideoloq, yenilməz siyasət adamı, vətənpərvər Azərbaycan oğludur.
O, ölkəmizdə milli dövlətçilik ideologiyasını, azərbaycançılığın konsepsiyasını verən dahi filosof, onu addım-addım həyata keçirən böyük praqmatik dövlət xadimidir. Bütün həyatını və siyasi fəaliyyətini şanlı tarixi keçmişi və zəngin mədəni irsi ilə fəxr etdiyi xalqının inkişafına bəxş etmiş ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanı çox çətin və ağır sınaqlardan müvəffəqiyyətlə çıxarmış, ölkənin tarixi ənənələri ilə müasirliyin uğurlu vəhdəti əsasında demokratik dəyərlərə söykənən yeni inkişaf strategiyasının əsasını qoymuşdur.
“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam”. Bu sözlər ümummilli liderimiz, dünya azərbaycanlılarının lideri, dünya şöhrətli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyevə məxsusdur. Ulu öndərimizin bu müdrik şüarı əslində Azərbaycana, xalqımıza, millətimizə və milli – mənəvi dəyərlərimizə verilən çox yüksək qiymətdir.
Biz gənclər inanırıq ki, böyük öndərimiz Heydər Əliyevin parlaq ideyaları hələ uzun müddət Azərbaycanın yoluna işıq salacaq. Bu da bir həqiqətdir ki, dünyada tanınan, sevilən, şəxsiyyətinə, siyasi və dövlətçilik fəaliyyətinə çox böyük hörmətlə yanaşılan Heydər Əliyev haqqında söz demək, fikir söyləmək o qədər də asan deyil.
Bu gün dünya ictimaiyyəti Azərbaycanı, onun liderini tanıyır, onu minnətdarlıqla xatırlayır, ünvanına ən xoş sözlər söyləyir, yüksək rəyini, fikrini deyirsə, bu özü xalqımız üçün böyük şərəfdir. Biz qürur duyuruq ki, xalqımızın dünyada yüksək səviyyədə tanınmasında, hörmət qazanmasında yeganə səbəbkar ümummilli lider H. Əliyev olmuşdur.
Nicat Abbas
Astarainfo.az