Astara Dənizkənarı Park Bulvar  Kompleksində Astara rayon Gənclər və İdman İdarəsi, Astara rayon Təhsil Şöbəsi , YAP Astara rayon təşkilatı  ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş kross qaçışı üzrə məktəblilər arasında Astara rayon çempionatı keçilmişdir.

  Tədbirin açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

   Tədbirin açılış mərasimində Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov,Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının məsul işçisi Elçin Məmmədəliyev, Astara RGİİ-nin rəis müavini İqrar Cəfərov, RTŞ-nin Çağırışa qədər hazırlığı  üzrə baş metodisti  Rasim Cəfərov çıxış etmişlər.Çıxışlarda yarışın məqsədinin görkəmli dövlət xadimi və ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi, yeniyetmə və gənclər arasında  sağlam həyat tərzinin  təbliği, idmançıların fiziki hazırlıq səviyyələrinin yüksəldilməsi, Atletika  idman növünün kütləviliyinin inkişaf etdirilməsi, asudə vaxtın səmərəli təşkili olduğunu qeyd olunmuş,ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan, sağlam həyat tərzinin gənclərin dövləilik məfkurəsinin yüksəldilməsində və vətənpərvlik tərbiyəsindəki önəmindən, gənclərinin, idmançılarının qəhrəmanlıqlarından bəhs edilmiş və yarışda idmançılara uğurlar arzulamışdır.  

   Yarışın qaydaları barədə Astara RGİİ-nin aparıcı məsləhətçisi Ələskər Əskərov, yarışın baş hakimi Rəşad Əliyev idmançılara və nümayəndələrə geniş məlumat vermişlər və yarışlara start verilmişdir.

    Yarışda 9 komanda Astara şəhər 1,2,3,4,5,6,7 saylı,Suparıbağ kənd və Şüvi kənd tam orta məktəblərin komandaları təmsil edən 54 nəfər idmançı mübarizəaparmışdır. Yarışda 400 metr məsafəyə qaçışda qızlar və 800 metr məsafəyə qaçışda oğlanlar mübarizə aparmışlar.

    400 metr məsafəyə qızlar arasında qaçışda  I yeri Leyla Həsənli(Astara şəhər 1 saylı tam orta məktəb) ,II yeri Zeynəb Rzayeva(Astara şəhər 7 saylı tam orta məktəb) ,III yeri  Dinarə Mahmudova(Şüvi kənd tam orta məktəb) , 800 metr məsafəyə oğlanlar arasında qaçışdaI yeri Rüfət Məmmədov (Astara şəhər 2 saylı tam orta məktəb ), II yeri Məhəmməd Məmmədov (Suparıbağ kənd tam orta məktəb), III yeri Ramazan Əlizadə (Astara şəhər 3 saylı tam orta məktəb) qazanmışlar.

    Yekunda qaliblərin mükafatlandırma mərasimi keçirilmişdir.Fəxri yerləri qazanan idmançılar diplom, medal və hədiyyələr ilə təltif olunmuşlar.  Fəxri yerləri qazanan idmançılara mükafatları Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Milli Məclisin 77 saylı Lənkaran-Astara seçki dairəsindən deputatı Ziyafət Əskərovun köməkçisi Qalib Abbasov, YAP Astara rayon təşkilatının məsul işçisi Vüqar Abbasov ,YAP Astara rayon təşkilatının məsul işçisi Elçin Məmmədəliyev, yarışların baş hakimi Rəşad Əliyev təqdim etmişlər.