Astara rayonunun Kijəbə qəsəbəsində ümumi sahəsi 338 kvadratmetr (hər mərtəbəsi 169 kvadratmetr) olan ikimərtəbəli evin 1-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 50 kvadratmetr sahədə, 2-ci mərtəbəsində 4 otağın və dam örtüyünün yanar konstruksiyaları 169 kvadratmetr sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Astarainfo.az-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.