Sözügedən layihənin rəhbəri  Astara rayon Ərcivan qəsəbəsi 3 saylı məktəbin direktoru Aygün Həmidovadır. Onun Astarainfo.az-a verdiyi  məlumata əsasən bu layihə 15 sentyabr 2022-ci il tarixindən 15 fevral 2023-cü ilədək  icra olunacaq.

Layihənin məqsədi Azərbaycan Respublikasının kosmik sənayesini inkişaf etdirəcək yerli mütəxəssislərin ümumitəhsil müəsisələrində hazırlığına dəstək vermək,  şagirdlərə model peyklərin layihələndirilməsi və qurulması üzrə bilik və bacarıqlar qazandırmaqdır.

Aygün Həmidova layihənin vəzifələrini aşağıdakı kimi sadaladı:
-Şagirdlərə layihələndirmə və planlı işləmə bacarıqlarının öyrədilməsi;
-6-10-cu sinif şagirdlərinə elektronika, mexanika, avtomatika sahələrində nəzəri və praktiki bacarıqların öyrədilməsi;
-Komanda ilə işləmə bacarıqlarının öyrədilməsi;
-Model peykin idarəetmə sistemlərində istifadə olunan elektronik modulların iş prinsiplərinin öyrədilməsi;
-Mikrokontrollerə yazılmış C++ proqramlaşdırılma dilində olan alqoritm vasitəsilə elektronik modulların idarə edilməsinin tədrisi.
 Layihə rəhbəri qeyd etdi ki,onların bu təşəbbüsü respublikamızın peyk istehsal potensialının yaradılmasına töhfə verəcək.Şagirdlərin kosmik texnologiyalar sahəsinə marağının artrılması və gələcəkdə ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etmələri üçün təməl biliklərin yaradılmasına nail olunacaqdır.