Bakı İdman Sarayında Budo döyüş növləri üzrə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında beynəlxalq turnir keçirilmişdir.

Yarışda idmançılarımızdan 30 kq çəki dərəcəsində  Nihad Abdullazadə III ,35 kq çəki dərəcəsində Ruhid Məmmədzadə, 60 kq çəki dərəcəsində Nurlan Əlizadə, 62 kq çəki dərəcəsində Yusif Əskərov, 86 kq çəki dərəcəsində Ülvin Qəmbərov II , 60 kq çəki dərəcəsində Əli Qəmbərov  I yerə layiq görülmüşlər.

İdmançılarımızı yarışa Budo döyüş növləri üzrə məşqçi-müəllimlər Vüsal İsgəndərli , VI dan qara kəmər ustası Ramiq Rəhmanov və III dan qara kəmər ustası Zamin Baxşıyev hazırlamışlar.

Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev idmançılar onların valideynləri, məşqçilər ilə idarədə görüş keçirmiş və onları qələbə münasibətilə səmimi qəlbdən təbrik etmişdir.

Hazırladı- Elnur Qurbanlı

Astarainfo.az