Dünya səsin qədər boşaldı…Rafiq müəllim…!
Bu gün ölüm xəbərini eşidəndə çox qəribə sıxıntı keçdi ürəyimdən,elə bildim ki,yaxından,lap yaxından tanıdığım bir doğmam tərk etdi məni…Amma biz heç tanış da deyildik axı,Rafiq müəllim?Heç vaxt görüşməmişdik,virtual da olsa tanışlığımız yox idi belə…
Amma ,hər sizi efirdə görəndə,səsinizi eşidəndə elə bilirdim doğmamsınız. Səsinizlə ”Günün xəbərləri”nin yeknəsək,boz çalarlı xəbərlərinə də bir məlahət qatırdınız,ekran qarşısında saxlayırdınız tamaşaçını.Üzünüzün mimikası ilə səsinizin tonu necə uzlaşırdı,necə üstə düşürdü! Səsinizdəki bu qədər səmimilk,təkrarszılıq,bənzərsizlik,şirinlik,ağayanalıq hardan idi belə? Allah sənə Şuşə kimi səs vermişdi,Şuşalı oğlan!
Gözəl səsin Allah vergisi idi. Səs sarıdan bəxtin yaman gətirmişdi.Ötən əsrin 70-80-ci illərində yeni il karnavallarını idarə edəndə pərəstişkarlarının sayı o vaxtkın ünlü artistlərindən heç də az deyildi.Səndən əvvəl də,səndən sonra da nə qədər diktor,aparıcı dinlədim,izlədim.Etiraf edim ki, heç birini sizin qədər sevə bilmədim.
Səsindəki sərtlik mərdliyindən,yumşaqlıq kövrəkliyinizdən,ağrı iç dərdlərinizdən xəbər verirdi.Ekrandan kənarda qalan tamaşaçı kimi hardan biləydik ki,xoşbəxtlərin xoşbəxti saydığımız insanın qəlbi dərd əlindən dağm- dağımdır. Ən ağır zərbəni isə,yəqin ki, ekrandan uzaqlaşdırılanda, dəyərsiz kimi kənara qoyulanda aldınız.
Bəlkə də vida görüşünə gələnlər arasında istedadının çiçəkləndiyi vaxt səni efirdən uzaqlaşdırmaqla sənə,bizə-sevənlərinə dağ çəkənləri görəndə ruhun bənövşə kimi üşüyəcək. Bəlkə əməllərindən peşimançılıq hissi keçirib göz yaşı tökəcəklər o payız günü..Amma ,gec olacaq,cox gec.Ruhun dinəcək tabutunda-”Gecdir daha”.
Gəl cavanlıq yuxusu kimi,
Gəl bənövşə qoxusu kimi,-
…Gəl,sevərəm təzədən səni.
… Mən yox olsam,Bir məhəbbət az olacaq,hələ ürəyimdə məhəbbət qalıb –deyirdin.Getdin,dünya səsin qədər boşaldı.Bu boşluq isə yoxluğun qədər dərindi,Rafiq müəllim!